Min bir dərdin dərmanı – Zəncəfilli çay
14 yanvar 2021 13:41 (UTC +04:00)

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı – Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zaman miqdarı 2 dəfə azaldın. Çalışın xəstələnməyin və hər zaman yüksək əhval-ruhiyyədə qalın. 

Lent.az Türkiyə mediasına istinadən zəncəfilli çayın hazırlanma qaydasını təqdim edir:

Lazım olan ərzaqlar:

2 çay qaşığı zəncəfil (çəkilmiş)

1 çay qaşığı yaşıl çay

1 çay qaşığı təzə ya da qurudulmuş nanə

Şəkər tozu (istəyə uyğun)

Limon (istəyə uyğun)

İndi isə hazırlanma qaydasına baxaq:

1 litr qaynar suya zəncəfili, nanə və yaşıl çay tökün. Qapağı örtün və 10-15 dəqiqə gözlədin. Hazır olduqdan sonra stəkana tökün. İstəyinizə uyğun olaraq şəkər tozu və limon əlavə edə bilərsiniz.

Nuş olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3807
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar