Meymunçiçəyi ilə bağlı  TƏCİLİ TOPLANTI
07 iyul 2022 12:07 (UTC +04:00)

Meymunçiçəyi ilə bağlı TƏCİLİ TOPLANTI

Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada 6000-dən çox meymunçiçəyinə yoluxma halı qeydə alıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ÜST bununla bağlı təcili iclas təyin edib. 

Məlumata görə, iclasda fövqəladə vəziyyətin elan edilməsi tövsiyə olunub.  

Toplantıda baş direktor Tedros Adhanom Gebreyesus virusun yayılması ilə bağlı narahatlığını bildirib:

"Mən meymunçiçəyi virusun dünyada sürətlə yayılması və miqyasının böyüməsi ilə bağlı narahatam. Testlərin olmaması isə bu problemin daha da artmasına gətirib çıxarır", - o, vurğulayıb. 

Onun sözlərinə görə, yoluxma hallarının təxminən 80 faizi Avropada baş verir.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5109
avatar

Sevinc Fərid

Oxşar yazılar