Koronavirusla bağlı yeni araşdırma:  "Çox ağır qrupda" 20 əlamət...
16 dekabr 2021 22:24 (UTC +04:00)

Koronavirusla bağlı yeni araşdırma: "Çox ağır qrupda" 20 əlamət...

0

“Koronavirus xəstələrinin çoxu xəstəxanadan çıxdıqdan bir il sonra belə tam sağaldığını hiss etmir. Yeni araşdırmaya görə, xəstələrin yalnız üçdə birindən 12 ay sonra əhəmiyyətli yaxşılaşma müşahidə edilir”.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İngiltərənin Milli Sağlamlıq Tədqiqatları İnstitutunun həmsədri Raçel Evans koronavirusla bağlı apardığı yeni araşdırmadan danışarkən deyib.
 
“Uzunmüddətli COVID" araşdırması yoluxan xəstələrdəki 5 ay və 1 il sonra baş verən dəyişiklikləri ortaya qoyub. Tədqiqat iştirakçıları dörd qrupa ayrılıb: “çox ağır simptomlu”, “ağır simptomlu”,  “yüngül simptomlu” və şiddət doğuran “beyni dumanlı”. 

“Yüngül” qrupdakı xəstələrdə 4 əlamət, “çox ağır” qrupdakı xəstələrdə isə təxminən 20 əlamət olduğu müəyyən edilib.

“Həqiqətən də əldə etmək istədiyimiz əsas nəticələrdən biri odur ki, heç birimiz COVID-in bir mexanizmini, yaxud müalicə üsulunu tapa bilmirik”, - Evans vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3109

Oxşar yazılar