Koronavirus ilan zəhəri ilə zərərsizləşdirildi
14 yanvar 2021 10:41 (UTC +04:00)

Koronavirus ilan zəhəri ilə zərərsizləşdirildi

Rusiya Elmlər Akademiyası Bioorganik Kimya İnstitutunun rusiyalı alimləri ilan zəhərindən istifadə edərək koronavirus infeksiyasını zərərsizləşdirməyi bacarıblar.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, təcrübə zamanı bioloqlar insan orqanizminin bir hüceyrəsini koronavirus hücumundan qorumağı bacarıblar və qorunmanın əsas komponenti gürzə zəhəri fermenti olub.

Söhbət gürzələrin və digər ilanların zəhərində olan fosfolipaza A2 (PLA2) fermentindən gedir.

Alimlər çıxarıb analiz etdikdən sonra fermentin koronavirus infeksiyasına təsirini sınayıblar.

Tədqiqat zamanı zəhərin SARS-Cov-2-nin çoxalmasını müəyyən bir şəkildə boğduğu məlum olub.

Tədqiqatçıların fikrincə, ondan təcrid olunmuş fermentlər virusun çoxalmasının qarşısını alıb, həmçinin hüceyrə reseptorları ilə təmasa müdaxilə edib və virus hissəciklərini məhv edib.

Eyni zamanda, ilan zəhəri fermenti hüceyrələrin həyati fəaliyyətinə zərər verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2502
avatar

Oxşar yazılar