Bu yaxınlarda məlum olub ki, koronavirusun yeni variantı - HEC Rusiyaya çatıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qonşu ölkədə bu ştamla iki yoluxma halı aşkar edilib - Rostov vilayətində və Ufada.
Əlamətləri
HEC-in iki əvvəlki variantın - FLiRT və “Omicron”un birləşməsindən əmələ gələn COVID-19 variantı olduğu bilinir.
Əlamətlərə gəldikdə, onlar əvvəlki ştammlara xas olanlara bənzəyir: öskürək, burun axması, baş ağrısı, boğaz ağrısı, qızdırma.
Bundan əlavə, qoxu və iştahın itirilməsi, sümük ağrıları, yorğunluq və bütün bədəndə ağrı ola bilər.
Virus hücumundan müdafiəni təmin etmək üçün tövsiyələr:
- fərdi qoruyucu vasitələrdən istifadə etmək;
– əllərinizi mütəmadi olaraq sabunla yuyun;
– xəstə insanlarla təmasda olmamağa çalışın;
- otaqları mütəmadi olaraq havalandırın.