İndi də "Marburq"  virusu: Göz yanır, sürətlə arıqlama, yarasa və ölmüş heyvanlar...
10 avqust 2021 16:30 (UTC +04:00)

İndi də "Marburq" virusu: Göz yanır, sürətlə arıqlama, yarasa və ölmüş heyvanlar...

Afrikanın qərbində yerləşən Qvineyada təhlükəli və yoluxuculuq qabiliyyəti yüksək olan "Marburq" virusu yayılır.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu virusun əsas simptomu yüksək qızdırmanın olmasıdır. Məlumata görə, virus həyatını itirmiş bir xəstədə aşkar edilib və onunla ünsiyyətdə olmuş hər kəs nəzarətə götürülüb. 

Ekspertlərin fikrincə, bu virus insalara yarasalar vasitəsilə keçir və insanda yüksək qızdırma və daxili qanaxmalara səbəb olur. İlk dəfə bu virus 60-cı illərdə Almaniyanın Marburq şəhərində heyvanlarda aşkar edilib. Elə adı da şəhərin adından götürülüb. 

Doktor Ramiz Orxanzadənin dediyinə görə, bu virusları müalicə etmək üçün hələ ki, heç bir dərman vasitəsi təsdiqlənməyib. Ebola virusu üçün bir peyvənd təsdiq edilsə də, sonradan effektiv olmadığı aşkar edildi. 

Mütəxəssisin dediyinə görə, bu viruslara yoluxduqdan sonra simptomları 5-10 gün ərzində özünü biruzə verir. Erkən simptomları aşağıdakılardır:

- Hərarət
- Şiddətli baş ağrısı
- Oynaq və əzələ ağrıları
- Üşümə 
- Zəiflik 


“Vaxt keçdikcə simptomları getdikcə şiddətlənir. Bu isə bulantı və qusmaya, göz qızarmalarına, mədə ağrısına, ağır çəki  itkisinə və s. səbəb ola bilər”. 

Doktorun fikrincə, xəstə heyvanları öldürmək və ya yemək virusları yaya bilər: “İnsanlar yarasaların və ya digər viruslu heyvanların toxunduğu tullantılarla təmasda olduqda da bu yoluxma mümkündü. Tibb işçiləri başdan ayağa xüsusi fərdi qoruyucu vasitələrdən istifadə etmədikdə, insanlara keçə bilər. Virusa yoluxmuş insanın dəfnində iştirak etməkdə virusun yayılmasına gətirib çıxarır”. 

Hazırda bu virusa qarşı bir neçə vaksin üzərində tədqiqat görülsə də, onlardan hələlik heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.

“Zmapp” adlı vaksin 2 amerikalı pasient üzərində sınaqdan keçirilib. Onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Amma vaksinlər başqa xəstələr üzərində effektiv olmayıb. “Buna baxmayaraq, ÜST bu dərmanların istifadəsinə icazə verir. Hətta bu vaksinlər artıq Qərbi Afrikaya göndərilib. Onların istifadəsi isə pulsuzdur”. 

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9258
avatar

Oxşar yazılar