İdeal şam yeməyi necə olmalıdır? -  MÜTƏXƏSSİS AÇIQLADI
23 fevral 2024 11:33 (UTC +04:00)

İdeal şam yeməyi necə olmalıdır? - MÜTƏXƏSSİS AÇIQLADI

Arıqlamaq və qidalanma üzrə mütəxəssis Katya Meduşkina axşam yeməyi üçün ideal olan minimum yağ və karbohidratlı qidaları açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, hər şeydən əvvəl, həm yağların, həm də karbohidratların əhəmiyyətini qeyd etmək lazımdır.

Onun sözlərinə görə, yağlar hüceyrə membranlarının qurulmasında mühüm rol oynayır və estrogenlər, progesteron və testosteron kimi hormonların istehsalı üçün əsas komponentlərdir:

“Yağın olmaması menstrual dövrü və dəri vəziyyətinə mənfi təsir göstərə bilər. Karbohidratlar isə öz növbəsində orqanizm üçün əsas enerji mənbəyidir və hüceyrə mübadiləsində mühüm rol oynayır. Məhz bu səbəbdən şam yeməyində, dəniz məhsullarına, yağsız mal əti və toyuq əti yemək daha məsləhətlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5781
avatar

Arzu Qurbanlı

Oxşar yazılar