Nar şirəsi diabet xəstələri üçün faydalı ola bilər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Böyük Britaniyadan olan dietoloq Rob Hobsonun fikrincə, bu içki 3 saat ərzində qan şəkərinin səviyyəsini aşağı sala bilir.
Bunun necə baş verdiyi hələ dəqiq bilinmir, lakin tədqiqatçılar bu təsirin nar şirəsinin tərkibindəki antioksidantlardan qaynaqlandığını düşünürlər.
“Onlar əsasən nar şirəsində antioksidantların çox yüksək konsentrasiyası olduğuna görə belə düşünürlər. Nar şirəsi yaşıl çaydan üç dəfə çox antioksidant aktivliyə malikdir. Bu antioksidanlar əsasən flavonoidlərdir və bir çox fərqlikləri var, amma məncə, ona tünd qırmızı bənövşəyi rəng verən antosiyaninlərdir. Bu antioksidanlar hansısa şəkildə şəkərə qarışır və insulin səviyyələrinizə belə böyük təsir göstərməyinizə mane olur”, - Hobson vurğulayıb