Günəbaxan tumları sağlamlıq üçün çox faydalıdır.
Lent.az xəbər verir ki, onların tərkibində müxtəlif vitamin və minerallar, yağlı turşular var. Lakin tumları qovrulmuş deyil, çiy halda yemək lazımdır. Qovrulmuş tumların tərkibində faydalı maddələrin miqdarı kəskin azalır.
Mütəxəssislər dükanlarda satılan hazır qovrulmuş tumları alıb yeməyi tövsiyə etmirlər. Bu tumlar ürək, böyrəklər, sümük toxumasına mənfi təsir edə bilər. Mütəxəssislər bazarda açıq şəkildə satılan tumları almağı, onları yaxşı yuyub qurutmağı və yalnız sonra çiy şəkildə yeməyi tövsiyə edirlər. Tumları salat və kəsmiyə də əlavə etmək olar. Gün ərzində 1 ovuc tum yemək olar.
Tumlarla dişlərinizi təmizləməyin. Bu diş emalına mənfi təsir edir.
Həmçinin bəzi xəstəliklər və pozulmalar zamanı günəbaxan tumlarını yemək olmaz.
Belə ki, mədə-bağırsaq sistemi xəstəlikləri (mədə xorası, qastrit) zamanı günəbaxan tumlarının istehlakı arzuolunmazdır.
Tumların çoxlu miqdarda qəbulu mədə qıcqırmasına səbəb olur.
Tumlar səs tellərinə mənfi təsir edir. Səs tellərinizdə problemlər varsa, tumlardan imtina edin. Müğənnilər, müəllimlər və s. səs tellərindən "alət" kimi istifadə edənlər də günəbaxan tumlarından uzaq durmalıdır.