Diş ağrısı nə vaxt  infarkt əlaməti   ola bilər?
30 iyun 2022 09:05 (UTC +04:00)

Diş ağrısı nə vaxt infarkt əlaməti ola bilər?

Bəzən infarkt diş ağrısı və ya qarın ağrısı kimi maskalana bilər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bunu terapevt Nadejda Çernışeva deyib. 

Həkimin sözlərnə görə, adətən bir şəxs solda aşağı çənədə sıx bir ağrı hiss edir, bir qayda olaraq, nadir hallarda-sağda.

Ağız boşluğunun müayinəsi zamanı xəstəliyin görünən səbəbləri aşkar edilmədikdə dərhal kardioloqa müraciət etmək lazımdır. Qarın ağrısına da diqqət yetirmək lazımdır.

Eyni zamanda, problemin mənbəyini müəyyən etmək çox vaxt qeyri-mümkündür və şəxs narahatlığı harada hiss etdiyini dəqiq başa düşmür. Buna görə həkimlər üçün infarkt diaqnozu qoymaq çox vaxt çətindir.

Hər hansı bir qəribə təzahür halında, Çernışova dərhal həkimə müraciət etməyi məsləhət görür. Belə vəziyyətlərdə hər dəqiqə önəmlidir. Problem vaxtında aşkar edilərsə, bütün riskləri minimuma endirmək olar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2373
avatar

Oxşar yazılar