Uşaqlar arasında ölümcül xəstəlik yayılır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, uşaqlarda görülən MIS-C xəstəliyindən ölüm nisbəti 10-40%-dir.
Mütəxəssislərin fikirlərinə görə, bu xəstəlik əsasən koronavirusa yoluxan uşaqlarda müşahidə olunur.
Bu xəstəlik uşaqlarda ürək-damar sistemi, mədə-bağırsaq sistemi, damar sistemi, sinir sistemi, yəni beyin funksiyaları kimi bir çox funksiyaları pozur.
Qeyd edək ki, MIS- C xəstəliyi ümumiyyətlə 18 yaşdan kiçik bütün uşaqlarda müşahidə oluna bilər.
Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri Elm sahəsi Başçısı Prof. Dr. Mehmet Ceyhan MIS-C ilə müraciət edən uşaqlarda görülən ümumi simptomlara diqqət çəkərək xəstəliyin qarşısını almağın yeganə yolunu açıqlayıb:
“Bu xəstələrin 2-4 həftə əvvəl covid olduğunu aşkar edirik. Özü də onların çoxu yüngül və ya asemptomatik covid olan uşaqlardır. Uşaq xəstəxanaya MIS-C ilə gəlir, ancaq müayinələr nəticəsində bu uşağın 2-4 həftə əvvəl kovid olduğunu müəyyən edə bilərsiniz”.
Bütün bunlarla yanaşı həkim xəbərdarlıq da edir:
"Xəstəxanaya vaxtında gəlmək vacibdir. Tətbiq etdiyimiz bəzi müalicə üsulları var. Amma bunlar vəziyyəti düzəltməkdənsə, xəstəliyin yaratdığı pozğunluqları düzəltmək üçün edilən müalicələrdir. Biz iltihabı yatırmağa çalışırıq. Hazırda böyüklərdə müşahidə olunur bu xəstəlik. Amma daha çox 18 yaşına kimi olan insanlarda olur. 2 yaşa qədər daha nadir görünür, çünki immun sistemi o reaksiyanı göstərəcək qədər inkişaf etməlidir”.