Dietoloq ÇAYIN TƏHLÜKƏLİ  tərəflərini açıqladı
17 dekabr 2021 07:17 (UTC +04:00)

Dietoloq ÇAYIN TƏHLÜKƏLİ tərəflərini açıqladı

“Çay əksər insanlar üçün ən sevimli isti içkilərdən biridir. Qidalarla zəngindir, təzyiqi tənzimləyir, orqanizmi isti saxlayır, xolesterolu azaldır, ürəyin fəaliyyətinə müsbət təsir göstərir. Lakin  çox istifadə etdikdə çoxlarının bilmədiyi ciddi nəticələrə səbəb ola bilər”.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu fikirləri diyetoloq Mixail Ginzburq çayın potensial zərərləri haqda danışarkən bildirib. 

Mütəxəssis tövsiyə edib ki, çayın məqbul dozası gündə təxminən 4 fincandır. Ondan artıq qəbul edildikdə çayın tərkibində olan tanin maddəsinin həddindən artıq istehlakı sümük əriməsinə və osteoporoza səbəb ola bilər: “Risk yalnız gündə 10 stəkandan çox içki qəbul edildikdə artır.
Çayın tərkibindəki taninlər sink, dəmir və digər mikroelementlərin normal mənimsənilməsinə mane ola bilər. Əvvəllər heç kim bunu ciddiyə almırdı. Ancaq bu mikroelementlərin pozulması təhlükəsi varsa, çaydan istifadə məhdudlaşdırılmalı və ya pəhrizə onlarla mineral əlavələri edilməlidir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3063
avatar

Rəsul SARI

Oxşar yazılar