Oksford Universitetinin Oppenheimer Stress Neyrologiya Mərkəzinin alimlər qrupu depressiyanın bağırsaqlara təsirini aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, depressiyadan əziyyət çəkən insanların bağırsaqlarında bakteriyalar azalır.
İki araşdırmada ekspertlər yaşlı insanların bağırsaqlarında depressiya inkişaf riski ilə əlaqəli olan 13 bakteriya qrupunu müəyyən ediblər.
Depressiyadan əziyyət çəkən insanlarda bağırsaq mikroblarının sayının azaldığı üzə çıxıb.