Bütün peyvəndlər xəstəxanaya yerləşdirilmənin və xəstəliyi ağır keçirməyin qarşısını almaqda təsirlidir.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, “Moderna” peyvəndi “Pfizer” və Johnson & Johnsondan daha çox COVID-19-un “Delta” ştammına qarşı daha yüksək effektivlik göstərib.
Bu haqda Reqenştrayf universitetindən açıqlama verilib.
“Araşdırma məlumatları göstərir ki, “Moderna” peyvəndi “Delta” ştammına qarşı “Pfizer” və Johnson & Johnson peyvəndlərindən daha təsirli olur.
Milli bir araşdırmaya görə, COVID-19 peyvəndi “Delta” ştammına yoluxanların xəstəxanaya yerləşdirilməsinin və təcili yardıma qəbulunun qarşısını almaqda təsirlidir.
Araşdırmanın nəticələri:
* Modernanın effektlik göstəricisi – 95 faiz;
* Pfizer – 80 faiz:
* Johnson & Johnson – 60 faiz.
Təcili yardım şöbələrinə qəbulun qarşısını alır:
* Modernanın effektlik göstəricisi – 92 faiz;
* Pfizer – 77 faiz;
* Johnson & Johnson – 65 faiz.
Elm adamları bu nəticələrin daha da izlənilməsi və qiymətləndirilməsinin lazım olduğunu söyləyirlər.
Onların fikrincə, peyvənd COVID-19-a qarşı ən güclü mübarizə vasitəsidir.