Demək olar ki, bütün sağlamlıq mütəxəssisləri alkoqolun təhlükəsiz dozası olmadığını iddia edir. Buna görə də alkoqolu birdəfəlik həyatınızdan çıxarmağın vacib olduğunu iddia edirlər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ancaq bir çox insan buna nail olmaqda çətinlik çəkir.
Görəsən, hansı alkoqollu içkilər daha az zərərlidir?
Keyfiyyətli kokteyllər
Həmişə kokteylin tərkibini diqqətlə öyrənin. Tərkibində yalnız meyvələr, giləmeyvə, göyərti və təzə sıxılmış şirələr varsa, bir neçə kokteyl içmək çox zərər verməyəcək.
Qırmızı şərab
Çoxları qırmızı şərabın ən nadir antioksidant növlərindən birinin mənbəyi olduğunu iddia edir.
Təbii aşağı kalorili pivə
Söhbət tərkibi təbii və qüsursuz olan pivədən gedir. Fakt budur ki, belə bir içki B vitaminlərini ehtiva edəcək.