Son dəqiqə xəbərinə görə, COVID-19-a qarşı ilk dərman İngiltərədə təsdiqlənib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ABŞ-ın əczaçılıq nəhəngi “Merck”in COVID-19-un ağır təsirlərini və ölüm nisbətlərini 50 faiz azaldan dərman üçün ilk istifadənin təsdiqlənməsi həyəcan yaradıb.
“Wall Street Journal”ın xəbərinə görə, İngiltərənin dərman tənzimləyicisinin açıqlamasında Merck və Ridgeback Biotherapeutic tərəfindən hazırlanmış koronavirusa qarşı həbinin təsdiqlədiyini söyləyib.
Beləliklə, İngiltərə koronovirus həbini, eləcə də koronovirus peyvəndini təsdiqləyən ilk ölkə oldu.