COVID-19-a yoluxmadan sonra orqanizm neçə il qocalır?
13 sentyabr 2021 10:55 (UTC +04:00)

COVID-19-a yoluxmadan sonra orqanizm neçə il qocalır?

Alimlər SARS-CoV-2 koronavirus infeksiyasının səbəb olduğu xəstəliyin yeni nəticəsi barədə məlumatları açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, araşdırmanın nəticələri xəstələrin orqanlarının sürətlə qocaldığını göstərir.
 
COVID-19-dan sağalandan bir il sonra 30 faiz böyrək qocalması baş verir.

Bu işə COVID-19-dan sağalan 89 min xəstə cəlb edilib.

Əksəriyyəti orta yaşı 68 olan ağ dərili kişilərdir.

Tibbi statistikaya görə sağlam yetkin insanın böyrək funksiyası ildə təxminən 1 faiz azalır.

Daha sürətli proses xroniki böyrək xəstəliyinə səbəb ola bilər.

Araşdırmanın nəticələri, koronavirusdan sağalan 4700-dən çox xəstənin bir il ərzində böyrək funksiyasında 30 faiz azalma olduğunu göstərib.

Başqa sözlə, koronavirus infeksiyasından sonra böyrəklər 30 il yaşlaşır.

Hazırda həkimlər COVID-19 səbəbiylə daxili orqanların tez qocalmasının səbəbini deyə bilmirlər.

Ehtimal ki, bunun səbəbi böyrəklərin xəstəliyə və ya immunitet sisteminin aktiv işinə xüsusi həssaslığından ola bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

Oxşar yazılar