Bu genləri daşıyanlarda piylənmə riski  6 dəfə artır
24 aprel 2024 13:59 (UTC +04:00)

Bu genləri daşıyanlarda piylənmə riski 6 dəfə artır

  Piylənmə riskini artıran iki yeni genetik variant müəyyən edilib.

  “Nature Genetics” jurnalında dərc edilən araşdırmada piylənmə (obezite) ehtimalını 6 dəfəyə qədər artıran və uşaqlarda çəki artımına təsir edən digər məlum variantlardan fərqli olaraq, yalnız böyüklərdə rol oynayan ünsürlər müəyyən edilib.

Kembric Universiteti Tibbi Tədqiqat Şurasının alimləri Böyük Britaniyanın Biobank məlumat bazasında qeydiyyatdan keçmiş 500 mindən çox adamı araşdırıb və müəyyən ediblər ki, BSN və APBA1 adlı iki genin variantları böyüklərdə piylənmə riskini artırır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, BSN-də fagot (bassoon) kimi də tanınan variantlar diabet və yağlı qaraciyər xəstəliyi riskinin yüksək olması ilə əlaqələndirilir və hər 6500 böyükdən birinə təsir edir.

Tədqiqatın müəlliflərindən olan professor Cayls Yeo (Giles Yeo) “Time” müsahibəsində deyib ki, “Bu gen variantlarını daşıyan adamlar yaşlandıqca beyinlərindəki neyronlar pozulmağa başlayır. Beyindəki qida qəbulunu idarə edən əsas dövrələr aradan qalxır və insanlar piylənmə ilə üzləşir. Bu variant əczaçılıq şirkətlərinə profilaktik müalicələr hazırlamağa imkan verəcək”.  

# 1311
avatar

Cavidan HUN

Oxşar yazılar