Boy itkisi yaşayan qadınların NƏZƏRİNƏ  – ürək-damar xəstəliyi və...
15 avqust 2021 19:01 (UTC +04:00)

Boy itkisi yaşayan qadınların NƏZƏRİNƏ – ürək-damar xəstəliyi və...

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib.

Lent.az bildirir ki,  “Daily Mail”in yazdığına görə, “British Medical Journal”da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməsi əlaməti kimi qeyd olunur.  

  Araşdırma çərçivəsində təxminən 30 - 60 yaş aralığında İsveç və Danimarkadan 2406 qadın üzərində müşahidə aparılıb.

  Boyları 10-13 il ərzində orta hesabla 0,8 santimetr qısalan qadınlardan 157-si ürək-damar xəstəliyindən olmaqla ümumi halda 625 nəfər həyatını itirib.

  Elmi müşahidə zamanı kökəlmə, yaş və həyat tərzi kimi faktorlar nəzərə alındıqdan sonra hər 1 santimetrlik boy itkisinin qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm riskini 14-21 faiz artırdığı bəlli olub.

  Araşdırmada sözügedən zaman kəsiyində 2 santimetrdən çox boy itkisi yaşayan qadınlarda iflic və ya infarkt kimi ürək-damar narahatlıqlarından ölmə ehtimalı digərlərinə nisbətən iki qat artıq görünüb.

  Alimlərin fikrinə görə, qadınlar nizamlı şəkildə hərəkət (idman) edərsə, D vitamini və kalsium alarsa, orta yaşda boy itkisi və sümük qırılmalarının qarşısına keçə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5136
avatar

Oxşar yazılar