Həkimlər tərəfindən beyninə implant yerləşdirən gözdən əlil bir qadın işıq nöqtələri görməyə başlayıb.
Lent.az TRT-yə istinadən bildirir ki, İspaniya Miguel Hernández Universiteti, Hollandiya nevrologiya İnstitutu və Utah Göz klinikası alimləri tərəfindən 58 yaşlı gözdən əlil bir qadının beyninə implant yerləşdirilərək onun sadə materialları görməsi bərpa edilib. Bildirilir ki, implantdakı elektrodların beyni stimullaşdırması nəticəsində qadın “fosfen” adlanan ağ işıq nöqtələri görməyə başlayıb. Mütəxəssislərin fikrincə, bu nəticə görmə maneəsini aradan qaldırmaq üçün böyük bir addım hesab edilir. Tətbiqi könüllü qəbul edən qadının beynində heç bir problem əmələ gəlmidiyini ifadə edən alimlər, qane edici nəticə əldə etmək üçün araşdırmanın genişləndirilməsinə zərurət olduğunu qeyd ediblər. Tədqiqatın nəticələri aylıq tibbi araşdırma jurnalı The Journal of Clinical Investigation-da dərc olunub.