Alimlər qan şəkərini aşağı  salan məhsulu AÇIQLADILAR
06 iyun 2024 10:05 (UTC +04:00)

Alimlər qan şəkərini aşağı salan məhsulu AÇIQLADILAR

Alimlər qan şəkərini aşağı salan məhsulu tapdıqlarını iddia ediblər. 

Lent.az xəbər verir ki, yeni kəşf çinli mütəxəssislər tərəfindən edilib.

Çinli alimlərin sözlərinə görə, sarımsaq qan şəkəri səviyyəsini azaltmağa kömək edə bilər. 

Mütəxəssislər bir araşdırma aparıblar və nəticədə qan şəkərinin, glikosilləşdirilmiş hemoglobinin, ümumi və "pis" xolesterinin səviyyəsinin sarımsaq ilə effektiv şəkildə azaldığını aşkar ediblər.

Eyni zamanda, elm adamları bu məhsulun "yaxşı" xolesterinin səviyyəsini artırdığını və trigliseridlərin səviyyəsinə əhəmiyyətli təsir göstərmədiyini tapdılar.

Qeyd edək ki, dietoloqlar sarımsağın əks göstərişləri olduğu ilə bağlı da xəbərdarlıq edib. Bildirilir ki, acqarına sarımsaq yemək olmaz, xüsusən mədə şirəsinin turşuluğu artdıqda, bu, mədə xoralarının kəskinləşməsinə səbəb ola bilər. Həmçinin artan sinir həyəcanlı insanlar üçün, eləcə də qaraciyər və böyrək xəstəlikləri, mədə və onikibarmaq bağırsağın xorası, bağırsaq xəstəlikləri və hemoroiddən əziyyət çəkən insanlar üçün təhlükəli ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3717
avatar

Sevinc Fərid

Oxşar yazılar