Acqarına şirniyyat yemək olmaz - İKİ SƏBƏB
14 iyun 2024 11:19 (UTC +04:00)

Acqarına şirniyyat yemək olmaz - İKİ SƏBƏB

Tort və ya hər hansı bir şiniyyat ilə çay içmək səhər yeməyi üçün çox məşhur seçimdir. Bir çox insanlar kruvasan və qəhvədən ibarət səhər yeməyindən də zövq alırlar.

Lent.az xəbər verir ki, belə səhər yeməkləri yaxşı seçim deyil. 

Buna səbəb isə şəkəri yüksək olan qidaları acqarına yemək arzuolunmazdır. Bu qaydaya məhəl qoymamaq iki xoşagəlməz nəticəyə səbəb ola bilər.

Daha tez-tez acmaq 

Ac qarına şirniyyat yedikdən 1-2 saat sonra insan acmağa başlayır. Buna səbəb şəkər səviyyəsində ani sıçrayışın baş verməsidir. Bir müddət sonra isə göstərici kəskin azalır. 

İncə bədən quruluşunu qorumaq və ya sahib olmaq istəyənlər belə səhər yeməyindan qaçmalıdır. 

Daha tez yorulmaq

Qan şəkəri səviyyəsində kəskin dəyişiklik başqa bir mənfi nəticəyə səbəb olur. Şirniyyatla səhər yeməyi edənlərdə yorğunluğun artması vəziyyəti yaranır. Bildirilir ki, şirin qidalarla səhər yeməyi iş gününün əvvəlində insanın performansının azalmasına gətirib çıxarır. 

Onu da qeyd edək ki, günün vaxtından asılı olmayaraq şirniyyat istehlakı orta səviyyədə olmalıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2988
avatar

Sevinc Fərid

Oxşar yazılar