Qanda şəkəri 50 faiz aşağı salan tərəvəz
31 oktyabr 2021 16:39 (UTC +04:00)

Qanda şəkəri 50 faiz aşağı salan tərəvəz

Britaniya alimləri belə qənaətə gəliblər ki, 2030-cu ilə qədər hər on yerli sakindən biri 2-ci tip diabetlə üzləşəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, vəziyyət yalnız xəstəliyin qarşısının alınması, həmçinin qan şəkərinin səviyyəsinin tənzimlənməsi ilə dəyişdirilə bilər. Mütəxəssislər pəhriz dəyişiklikləri ilə başlamağı məsləhət görürlər.

Tədqiqatların nəticələrinə görə, soğan ekstraktı qan şəkərini azaltmaq üçün ən yaxşısıdır.

Nigeriyanın Delta ştatı Dövlət Universitetinin əməkdaşları, soğanın xəstəliyin inkişafının qarşısını almaq üçün ən ucuz dərman olduğunu iddia edir.

Elmi eksperimentin bir hissəsi olaraq alimlər diabetli siçovulların üç eksperimental qrupuna metformin və 200, 400 və 600 milliqram dozada soğan ekstraktı təyin ediblər.

Müalicə gündəlik aparılıb. Bu müddət ərzində mütəxəssislər belə bir müalicə metodunun dərmanın təsirini artıra biləcəyini öyrənməyə çalışıblar.

Bildiyiniz kimi, metformin şəkər diabetinin müalicəsi üçün təyin olunan əsas dərmanlar qrupuna aiddir.

Tədqiqat nəticəsində, gündə 400 və 600 mq soğan ekstraktı dozasının heyvanlarda qan şəkərinin səviyyəsini kəskin şəkildə azaltdığı müəyyən edilib.

Heyvanlara acqarına ekstrakt vurulub. Məlum olub ki, təcrübə zamanı şəkərli diabetli siçovullarda təkcə şəkərin səviyyəsi yox, həm də ümumi xolesterinin səviyyəsi azalıb.

Soğanın qan şəkərinin səviyyəsini aşağı salmağa imkan verən mexanizmini hələ də mütəxəssislər müəyyənləşdirməkdədir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15171
avatar

Oxşar yazılar