İnanılmaz faydaları olan 12 qida: Ac olanda yeyin
05 yanvar 2021 19:23 (UTC +04:00)

İnanılmaz faydaları olan 12 qida: Ac olanda yeyin

Yaxşı həzm üçün önəmlidir. Bunun üçün isə etməli olduğumuz bir çox şey var. Yemək zamanı nə yediyimiz və nə zaman yediyimizin də önəmi olduqca vacibdir. Bəzi qidaları səhər, ac qarına yediyimiz zaman normaldan daha faydalı olur.

Lent.az xarici KİV-ə istinadən sizi həmin qidalar ilə tanış edəcək.

1. Bal

Bal sizin immunitet və həzm sisteminizi oyandırmağa kömək edir. Təmbəl bağırsaq sindromunun və digər mədə problemlərinin həllinə kömək edir. Eyni zamanda bədəndəki zərərli virus və bakteriyalarını təmizləyir. 

2. Quru çərəzlər

Quru çərəzlər, xüsusilə ac olduğunuz zaman yaxşı bir seçimdir. Badam və ya qoz kimi seçimlər sizi doyurmaqla qalmır, eyni zamanda mədə qıcqırmadan ürək üçün yağlar və digər önəmli maddələri təmin edir.

3. Pendir

Əgər bir şeylər yeyən zaman həzmsizlik və ya mədə turşuması ilə qarşılaşırsınızsa, ac qarına bir dilim pendir mədənizi hazırlayacaq. Süd məhsulları sizə problem yaradırsa, bunu bir dilim kraker ilə də yeyə bilərsiniz. 

4. Qarpız

Çox yaxşı bir lif qaynağıdır. Qarpızın həm tox tutması, həm də yeməklərdən sonra şişkinlik kimi narahatlıqlar yaratması səbəbi ilə ac ikən yeyilməsi məsləhət görülür. 

5. Yumurta

Daha uzun müddət tox hiss etdirməsi üçün yumurtanı ac qarına yeməyiniz ən böyük səbəblərdən biridir. Araşdırmalar göstərib ki, səhərlər yumurta yeyildiyi zaman tükədilən gündəlik kalori miqdarının sayı azalır. 

6. Yaşıl alma

Yaşıl alma hüceyrələrə zərər verən sərbəst radikallarla savaşa bilir. Bu səbəblə səhər ac qarına yeyilən yaşıl alma bədəninizin gün ərzində qarşılaşdığı zərərli maddələrlə daha yaxşı mübarizə aparmasına kömək edəcək. 

7. Sarımsaq 

Normal miqdarda ac qarına tükədilən sarımsaq, tərkibindəki antioksidant xüsusiyyəti sayəsində bədənə çox daha faydalı olur. 

8. Su

Ac qarına su içmək kilo verməyinizə kömək edərkən, həm də immunitet sisteminizi gücləndirir, bəzi infeksiyaların qarşısını alır, həzmsizlik sıxıntılarının həll olmasına və cildin daha gözəl olmasına kömək edir. 

9. Xurma

Çox yararı olan möcüzəvi xurma ac ikən yeyildiyində bağırsaq parazitləri ilə güclü şəkildə savaşır. 

10. Yulaf

Yulaf, qara buğda, buğda toxumu kimi məhsullar mədə divarında qoruyucu bir təbəqə əmələ gətirərək mədə turşusunun mədə divarlarına zərər verməsinin qarşısını alır. Həzm sistemini qaydasına salır. 

11. Zeytun yağı 

Həkim məsləhəti ilə və doğru miqdarda ac qarına içilən zeytun yağı yaxşı xassəli xolesterolun yüksəlməsinə və pis xassəli xolesterolun azalmasına kömək edir. 

12. Kəklikotu çayı 

Kəklitotu çayı ac ikən içiləndə antioksidant xüsusiyyəti göstərir, həzmsizlik problemləri ilə savaşmaqda isə olduqca effektivdir. 

Qeyd edək ki, əgər hər hansısa bir probleminiz varsa, bunun üçün həkim məsləhəti almağınız tövsiyə olunur. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3912
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar