Prezidentdən İsraildəki səfirliklə bağlı SƏRƏNCAM
26 noyabr 2022 16:18 (UTC +04:00)

Prezidentdən İsraildəki səfirliklə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.

Lent.az xəbər verir ki, qanuna əsasən, İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycanın səfirliyi təsis ediləcək.

Həmçinin Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3789
avatar

Oxşar yazılar