“Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzindən olan əziz dostlarıma təşəkkür edirəm”.
Lent.az-ın məlumatına görə, bunu Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram” hesabında yazıb.
Paylaşımda deyilir:
”Xoş, nurlu və səmimi təbrikinizə görə çox sağ olun. Siz necə də gözəl və istedadlısınız! Sizinlə görüşlərimizi və birgə keçirdiyimiz vaxtı hər zaman xoş duyğularla xatırlayıram! Sizi möhkəm-möhkəm bağrıma basıram, hər birinizə gözəl əhval-ruhiyyə və bütün arzularınızın çin olmasını diləyirəm.
Tezliklə görüşmək ümidi ilə,
Sizin Mehriban”.