İlham Əliyev Türkmənistana gedib
29 iyun 2022 10:04 (UTC +04:00)

İlham Əliyev Türkmənistana gedib

Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfər edib.

Lent.az xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin və xarici işlər nazirinin müavini Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıb.

***

İyunun 29-da Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Lent.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

***

İyunun 29-da Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.

Lent.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

# 2331
avatar

Oxşar yazılar