Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sosial şəbəkədə “Dadlı Metbexim” adı ilə tanınan səhifəyə istinadən ucuz başa gələn çox dadlı qutab reseptini sizinlə bölüşürük. Restoranlarda yediyinizdən daha ləzzətli və keyfiyyətli olan bu qutabın hazırlanması çox asandır.
Lazım olan ərzaqlar:
Xəmiri
Stəkanın ölçüsü 200 ml
4 stəkan un
1 paket qabartma
1 çay qaşığı şəkər 0.5 çay qaşığı duz
200 ml süd
150 ml su
İçlik
5 ədəd kartof
1 ədəd soğan
Zövqə görə
Duz istiot
1 çay qaşığı pul bibər
5 sap keşniş
Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.
Nuş olsun!