Toyuq və tərəvəzlərlə bişirilmiş düyü ətirli, doyumlu və eyni zamanda yüngül bir yeməkdir. Hər bir inqrediyent bir-birini mükəmməl tamamlayır.
Lent.az bu resepti təqdim edir:
İnqrediyentlər:
300 q toyuq filesi və ya hinduşka filesi
500 q bişmiş düyü
150 q qarğıdalı
120 q soğan
120 q şirin bibər
120 q kök
50 q yaşıl soğan
30 q soya sousu
duz, istiot, qurudulmuş sarımsaq
15 q qızartma yağı
Hazırlanması:
Tavada yağı qızdırın, soğan və kökü 5 dəqiqə qovurun. Xırda doğranmış toyuq filesini əlavə edin, duz, istiot, qurudulmuş sarımsaq səpin. Qarışdıraraq 7 dəqiqə qızardın. Şirin bibəri əlavə edib qarışdırın və daha 5–6 dəqiqə qovurun. Ocağı söndürün. Tavaya bişmiş düyünü, qarğıdalını, doğranmış yaşıl soğanı əlavə edin, soya sousunu tökün. Yaxşıca qarışdırın.