Mikrodalğalı soba tez çirklənən və bəzən xoş qoxu gəlməyən avadanlıqdır.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bunun da çarəsi tapılıb.
Yarım şüşə sirkə turşusunu mikrodalğalı sobaya yararlı şüşə qaba töküb üstünə bir qədər su əlavə edin. Qabı sobaya yerləşdirib 3 dəqiqə işlədin. Bütün köhnə yağlar buxarın təsiri ilə töküləcək.
Amma ehtiyatlı davranmaq vacibdir.