İlk qatıq belə hazırlanıb
09 noyabr 2022 18:35 (UTC +04:00)

İlk qatıq belə hazırlanıb

“İlk dəfə qatıq necə yaranıb?” Sualı ətrafında təfərrüatlar ortaya çıxıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, belə ki, bu barədə müxtəlif səyyahların fikirləri mövcuddur.

Məsələn, 1625-ci ildə ingilsi səyyah Samvel Purças türklərin turşumayana qədər südü istifadə etmədiklərini, turşuyan formasına isə qatıq dediklərini görüb. Ancaq bu da qatığın ilk dəfə yaranması anlamına gəlmir. Çünki qatığın hazırlanması üçün hamının bildiyi bir forma var. O da südə qatıq əlavə etmək. Ancaq üsul tək bu deyil.

Birinci əsrdə Roma filosofu Plini barbar tayfalarının südü necə qatığa çevirdiklərini yazıb. Onun qeydlərinə görə, barbarlar südün çox hissəsini heyvanın daxili orqanlarından hazırlanan dərinin içərisinə qoyublar. Burada süd dəridəki bakteriyalarla reaksiyaya girərək, indiki qatığa bənzər bir şey yaradıb.

Digər versiyaya görə, qatıq təsadüf nəticəsində yaranıb.

Qatıq ilk dəfə eradan əvvəl 4-5-ci minilliklərdə Mesopotomiyada yaranıb. Həmçinin bundan da əvvəl, 6-cı minillikdə hind dini kitablarında süd məhsullarından istifadənin orqanizmə faydası əks olunub.

Qatıq Avropaya ilk dəfə 1542-ci ildə, tez-tez qızdırma və qusma ilə üzləşən Fransa kralı birinci I Fransisk tərəfindən gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3237
avatar

Oxşar yazılar