Sezar salatını sevməyən yoxdur. Və bunun üçün hər hansı bir restoranda oturmaq vacib deyil. Bu dadlı salatı evinizdə də edib rahat yeyə bilərsiniz.
Lent.az ən dadlı və rahat sezar salatı reseptini təqdim edir:
Tərkibi:
Toyuğun döş əti – 300 qram
Çerri pomidoru – 150 qram (1 ədəd adi pomidorla əvəz etmək olar)
Parmezan pendiri – 50 qram
Kahı - 1 dəstə (aysberq kələmi ilə daha yaxşı olar)
Ağ baton çörəyi – 5-6 dilim
Sarımsaq – 1 diş
Zeytun yağı
Duz, istiot
Sous üçün
1-2 qaşıq mayanez və xama
Zeytun yağı – 50 millilitr
limon şirəsi – 3 xörək qaşığı
Sarımsaq - 1 diş
Xardal - 1-2 çay qaşığı
Duz
Hazırlanması
Toyuğun döş ətini uzununa iki nazik dilimə bölün. Duzlayıb istiotlayın. Tavada təxminən 1 -2 xörək qaşığı zeytun yağı qızdırın. Orta alovda toyuğun hər üzünü 4-5 dəqiqə qızardın. Baton çörəyini kəsib kiçik dördbucaqlar formasında doğrayın. Və həmin tavada çörəyləri də qızardın.
Sous üçün ərzaqları qarışdırıb hazırlayın. Xardal və sarımsağı yaxşıca qarışdırın. Limon şirəsi, azca da duz əlavə edib yenidən qarışdırın. Belə olduqda bir müddət saxlayın.
Salatı düzəldin
Kahını yuyun, qurudub əlinizlə doğrayıb boşqaba tökün. Üzərinə sarımsaqlı suxariləri və dilimlənmiş toyuğu, çerry pomidorunu əlavə edin. Sousu da töküb salatı qarışdırın. Parmezan pendirini sürtkəzdən keçirin.
Toyuqlu "Sezar” salatını hazırlanan kimi süfrəyə qoya bilərsiniz. Ancaq qidaların bir-birinə qarışması üçün gözləsəniz daha dadlı olacaqdır.
Nuş olsun!