Düyü hər bir evdə bişirilən əsas yeməklərdəndir. Ancaq onu dadlı bişirməyi hər adam bacarmır. Düyünün ləzzətli olması üçün bir neçə sadə üsul var.
Lent.az həmin üsulları təqdim edir:
Zəfəran
Şərq mətbəxində tez-tez düyü və zəfəran birləşməsinə rast gəlinir. Bu ədviyyat yeməyi inanılmaz dərəcədə zərif və ətirli edir.
Təcrübəli aşpazlar qeyd edirlər ki, az miqdarda bu ədviyyat növü düyünün dadını tamamilə dəyişərək başqa bir səviyyəyə çatdırır.
Zeytun yağı
Zeytun yağı əsasən restoran yeməklərində istifadə edirlər. Bu, inqrediyent salatı və ya qarnirləri mükəmməl etməyə imkan verir.
Düyünü daha dadlı etmək üçün zeytun yağını istənilən otlar və az miqdarda ədviyyatla qarışdırmaq lazımdır. Hazırlanmış qarışığı mikrodalğalı sobada qızdırmaq məsləhətdir.
Mixək
Bir çox qadınlar bu ədviyyatın düyünün dadını necə möhtəşəm edəcəyini bilmir. Düyünü bişirərkən qazana bir neçə mixək atmaqla onun nəticədə necə ləzzətli olduğunun şahidi olacaqsınız.