Dünyanın ən qədim kulinariya  resepti – Burada tapıldı
30 may 2024 17:25 (UTC +04:00)

Dünyanın ən qədim kulinariya resepti – Burada tapıldı

Qədim peşələrdən biri də aşpazlıqdır. Çünki insanlar yer üzündə bəşər övladının mövcud olduğu müddət ərzində yemək yeyir və bişirir. Yemək bişirmək sənətinin özünün isə min illik tarixi var.

Lent.az xəbər verir ki, bu dəfə alimlər ən qədim kulinariya reseptini tapıb. 

Tapıntı Mesopotamiyada, yəni alimlərin fikrincə, vaxtilə Babilin yerləşdiyi yerdə aşkar edilib.

Burada məzmunu deşifrə edilmiş bir neçə gil lövhə tapılıb. Onlar bu lövhələrdə kral Hammurapinin dövründə yeməklərin bişirilməsi üçün 35 resept tapıblar. Bu da təxminən 4 min il əvvəl deməkdir. Bu reseptlərin bəziləri hazırda bişirilən bulyonlardır. 

Həmçinin reseptlər arasında ceyran və turaç ətindən hazırlanan dadlı yeməklər də var.

Tərəvəzlər nanə və ya şüyüd səpilərək bişirilirmiş. O günlərdə ətirli otlar, həmçinin soğan və sarımsaq qarışığı fəal şəkildə istifadə olunurmuş. Ədviyyatlar arasında aşpazlar zirə, keşniş və cəfərini çox seviblər.

Beləliklə, soğan və sarımsaqla ətin bişirilməsi əsas reseptlərdən biri olub. Bu yemək bir neçə saat qaynadıqdan sonra şüyüd və müxtəlif ədviyyatlar əlavə edilirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10692
avatar

Sevinc Fərid

Oxşar yazılar