Çiyələkli smoothie  - Yayın vazgeçilməz içkisinin RESEPTİ
24 may 2023 10:25 (UTC +04:00)

Çiyələkli smoothie - Yayın vazgeçilməz içkisinin RESEPTİ

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə isti havalarda asanlıqla hazırlaya biləcəyiniz sərin yay içkisinin reseptini sizinlə bölüşürük. 

Təravətləndirici, zərif, şəkərsiz, badam südü və çiyələk ilə ləzzətli içki. Dondurucuda hazır dondurulmuş çiyələkləriniz varsa, bu reseptlə qısa müddətdə asanlıqla çiyələk smoothie hazırlaya bilərsiniz...

Çiyələkli smoothie...

3 nəfərlik porsiya.

Çiyələk smoothie inqrediyentləri:

yarım kilo çiyələk

300 ml badam südü

1 xörək qaşığı bal

Çiyələkli smoothie necə hazırlanır:

Çiyələkləri yuyun və qurudun, dilimlərə kəsin və dondurucuda 3-4 saat və ya bir gecədə saxlayın. Dondurulmuş çiyələkləri, bal və badam südünü rondoya tökün, gözləmədən püre halına gələnə qədər rondodan keçirin.

İstədiyiniz kimi stəkanlara töküb soyuq şəkildə servis edin.

Qeydlər:

Badam südü yerinə inək və ya keçi südü ilə hazırlaya bilərsiniz.

Çiyələkləriniz şirindirsə, bal əlavə etməyə ehtiyac yoxdur.


Zövq alın, sevin və sağlam qalın...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3876
avatar

Fidan İlqar

Oxşar yazılar