Bu 3   səhv qarabaşaq yeməyini dadsız edir
22 iyun 2023 11:06 (UTC +04:00)

Bu 3 səhv qarabaşaq yeməyini dadsız edir

Dietik qarabaşaq yeməyinin dadını çox adam bəyənmir. Çünki bu yeməyi dadsız edən bir sıra səhvlər edilir. 

Lent.az xəbər verir ki, ilk növbədə qarabaşağı suda saxlayıb onun tamamilə təmizlənməsinə diqqət edilməlidir. Daha sonra təmiz yuyulduqdan sonra onu qurulayın və qaba tökün. 

Mütənasiblikdə səhv etməmək üçün ölçüsü bilinən qab seçməyiniz məsləhətdir. Bu zaman əlavə edilən suyun miqdarını düzgün təyin edəcəksiniz. Çünki yeməyə artıq su töksəniz qarabaşağın dadı itəcək. 

Yeməyi 15 dəqiqədən çox bişirməyin. 

Bundan əlavə, bir çox qadınlar hesab edir ki, qarabaşağa ədviyyat əlavə etmək lazım deyil. Ancaq bu doğru deyil. Demək olar hər bir yeməyə ədviyyat əlavə olunmalıdır. Yeməyə bibər, reyhan, zerdeçal, paprika və digər istədiyiniz ədviyyatlardan istifadə etmək mümkündür. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5394
avatar

Sevinc Fərid

Oxşar yazılar