Az ərzaqla  çox ləzzətli piroq resepti –  Lent.az-ın mətbəxində
17 oktyabr 2022 18:31 (UTC +04:00)

Az ərzaqla çox ləzzətli piroq resepti – Lent.az-ın mətbəxində

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə sosial şəbəkədə “MyFoodChannel” adı ilə tanınan səhifəyə istinadən çox az ərzaqla hazırlanan ləzzətli kartof piroqu reseptini sizinlə bölüşürük. Bu reseptlə həm sərfəli, həm də çox dadlı piroqlar bişirə bilərsiniz.

Lazım olan ərzaqlar:

Stəkan ölçüsü 200 ml.

0,5 kiloqram qabığı soyulmuş kartof

1 ədəd soğan

1 dolu yemək qaşığı kərə yağı

Zövqə görə duz, qara istiot, toz qırmızı bibər, sarıkök.

Xəmiri üçün

1,5 stəkan qaynadılmış kartof suyu

1 çay qaşığı duz

1 çay qaşığı şəkər tozu

1 dolu yemək qaşığı maya

3 yemək qaşığı duru yağ

3,5 stəkan un

Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5181
avatar

Sevinc Fərid

Oxşar yazılar