Emin Zaranın Bakıya gəlişi ilə bağlı məsələyə münasibət bildirdi
26 iyul 2018 18:31 (UTC +04:00)

Emin Zaranın Bakıya gəlişi ilə bağlı məsələyə münasibət bildirdi

Bakıda "Jara” Beynəlxalq Musiqi Festivalının başlaması ilə əlaqədar mətbuat konfransı keçirilib.

 

APA-nın məlumatına görə, mətbuat konfransında təşkilatçılar - Azərbaycanın xalq artisti Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov və başqaları iştirak edib.

 

Rusiyanın məşhur sənətçisi Filipp Kirkorov bildirib ki, “Jara” Beynəlxalq Musiqi Festivalında artıq üçüncü ildir iştirak edir.

 

E. Ağalarov isə 2018-ci ildə ilk dəfə “Jara Baku” filminin çəkiləcəyini deyib. Filmdə Rusiyanın tanınmış sənətçiləri çəkiləcəklər.

 

E. Ağalarov rusiyalı müğənni Zaranın Bakıya gəlməsinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələyə münasibəti sadədir: “Məlumat üçün demək istəyirəm ki, Zara kürddür. Onun Bakıya gəlməsinə neqativ münasibət bəsləyirlərsə, yəqin ki, həmin insanların öz fikri var. Bu, hər kəsin şəxsi dünyagörüşüdür. Musiqi festivalı bayramdır. Bu, müsbət emosiyalar deməkdir. Mən bu müsbət emosiyanı qoruyub saxlamağın tərəfdarıyam”.

 

F. Kirkorov isə əlavə edib ki, onu da uzun illər Azərbaycana buraxmayıblar: “Sözsüz ki, söhbət dövlət rəhbərliyindən getmir. Polad Bülbüloğlu həmişə mənə mane olub. Eminə “sağ ol” deyirəm ki, məni sevdiyim Bakıya qovuşdurdu”.

 

Mətbuat konfransında qeyd edilib ki, Zara Bakıya iyulun 29-da – festivalın bağlanış günü gələcək və öz ifasını təqdim edəcək. 

 

Qeyd edək ki, festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, Loboda, Emin, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.

 

 “Jara-2018”in biletləri 2017-ci il dekabrın 1-dən satışa çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar

Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film

Həftəsonu izləyə biləcəyiniz 5 detektiv film

5 may 2025 , 16:51
Hollivud  batmaq üzrədir...

Hollivud batmaq üzrədir...

5 may 2025 , 15:41
2024-ün ən uğursuz və ən gəlirli   filmləri - SİYAHI

2024-ün ən uğursuz və ən gəlirli filmləri - SİYAHI

5 may 2025 , 13:43
Bir gecədə bitirəcəyiniz 5 mini serial  -VİDEO

Bir gecədə bitirəcəyiniz 5 mini serial -VİDEO

5 may 2025 , 12:10
"Avroviziya 2025"də   şərhçilərimiz kimlər olacaq?

"Avroviziya 2025"də şərhçilərimiz kimlər olacaq?

5 may 2025 , 11:22
Ernest Heminqueyin nəvəsi kimdir?  - Evində ölü tapılan  model

Ernest Heminqueyin nəvəsi kimdir? - Evində ölü tapılan model

4 may 2025 , 18:08
Roma imperiyası niyə dağıldı?  - Alimlər  AÇIQLADI

Roma imperiyası niyə dağıldı? - Alimlər AÇIQLADI

3 may 2025 , 20:15
Azərbaycanda aktyor ağır xəstəlikdən  vəfat etdi

Azərbaycanda aktyor ağır xəstəlikdən vəfat etdi

3 may 2025 , 10:37