Türkiyədə Azərbaycan karikaturaçılarının sərgisi keçiriləcək
22 aprel 2013 15:37 (UTC +04:00)

Türkiyədə Azərbaycan karikaturaçılarının sərgisi keçiriləcək

Bu il mayın 7-də Türkiyənin Anadolu karikatura muzeyində Azərbaycan karikaturaçılarının sərgisi keçiriləcək. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə bildirib. O qeyd edib ki, Ə. Əzimzadənin 133 illiyinə həsr olunmuş və görkəmli sənətkarın doğum günü keçiriləcək sərgi Anadolu Universitetinin və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin birgə layihəsidir.

 

“Sərgidə Azərbaycan karikaturaçılarının son 100 ildə yaratdıqları müxtəlif mövzulu əsərlər təqdim olunacaq”. Bir ay davam edəcək sərgidə 30-dan artıq rəssamın 150-yə yaxın karikaturası nümayiş olunacaq” - deyə, B. Hacızadə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729

Oxşar yazılar