Teatr xadimlərimiz mükafatlandırıldı
26 noyabr 2013 11:40 (UTC +04:00)

Teatr xadimlərimiz mükafatlandırıldı

Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov və baş rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının təqdimatı ilə K. S. Stanislavski adına mükafat alıblar. Teatrdan Lent. az-a verilən məlumata görə, M. Həmidov Azərbaycan - Rusiya teatrları arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin inkişafındakı xidmətlərinə və qastrol səfərlərinin təşkili sahəsində göstərdiyi yüksək təşkilatçılıq qabiliyyətinə görə, baş rejissor B. Osmanov isə İsveç dramaturqu L. Nurenin “Mən gəldim, qızlar!” (“Müharibə”) tamaşasına verdiyi yüksək səviyyəli quruluşa görə layiq görülüblər.

 

Qeyd edək ki, teatr kollektivi bu ilin sentyabr-oktyabr aylarında Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında və Kalmıkiya Respublikasının Milli Dram Teatrında qastrol səfərində olub və 3 tamaşa ilə uğurla çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1375

Oxşar yazılar