Azərbaycan şou-biznesinin bir günü də qalmaqalsız ötüşmür. Bir-birinə böhtan və şər atanlar da öz yerində. Bəzən böhtan, şər o həddə gəlib çatır ki, səsi efirdən, məhkəmələrdən gəlir.
Görəsən bəzi şou-biznes əhlimiz hansı böhtanlarla üzləşiblər?
Lent.az tanınmışlarla söhbətdə maraqlı məqamlarla rastlaşdı.
Mübariz Tağıyev: “Səhnəyə gəldiyim gündən şər və böhtanla rastlaşmişam. Tanınmış simasansa, məncə bunu adi hal kimi qarşılamalısan. Son dövrlər barəmdə deyilən böhtanlar yadımda deyil, amma barəmdə ən çox eşitdiyim şər, guya mənim avtomobil qəzası keçirməyimdir”.
Stilist Samir: “Mən dünyaya gələn gündən şər və böhtanla üz-üzəyəm. Deyərdim ki, bu mənim taleyim, qismətimdir. Şou-biznesdə haqqımda o qədər böhtanlar danışanlar olub ki, artıq normal qarşılamağa başlamışam. Barəmdə yalan danışanlar elə bilirlər ki, Samiraldoya gəlib çatmır? Amma onlar bilsinlər ki, zamanı gələndə mən onlara sözümü deyəcəm. Hələ ki, susuram”.
Zöhrə Abdullayeva: “Mən tövbəliyəm. Mənə şər-böhtan olunmayıb.”
Elza Seyidcahan: “Şər olub, olacaq da. Məsələn deyirlər ki, Elza Ledi Qaqaya oxşayır. Məndə demişəm ki, Ledi Gaga mənə oxşayır. Ən azı mən ondan neçə il əvvəl sənətdəyəm. Mən Elzayam və heç kimə bənzəmək niyyətim yoxdur. İnsana söz deyəndə düşünməlidirlər ki, bu söz insana yaraşır, ya yox. Həmkarlarımdan biri məni efirdə şərləmişdi. Kimlər ki, mənə şər atıb, öz böhtanlarına, şərlərinə özləri düşüb”.
Müğənni Arzu Mirzəyeva: “Barəmdə elə böyük şər və böhtanlar olmayıb. Amma 1 həftə bundan öncə hansısa internet portalı haqqımda əsassız xəbər qoymuşdu. Bu da mənə çox pis təsir etmişdi.
Rəqqasə Fatimə: “Mən hər zaman söz-söhbətdən uzaq olmuşam. Barəmdə böhtan, şərlər çox olmayıb. Olsa da, reaksiya verməmişəm. Hər danışılan sözə münasibət bildirməyi sevmirəm”.
Prodüser Tolik: “Azərbaycan şou-biznesində hər kəsə şər atıblar. Amma mənə şər atanı məhv edərəm”.
Rəqsanə İsmayılova: “Barəmdə dəfələrlə çox şeylər yazılıb. Mənim çörək verdiyim insanlar məni şərləyib, böhtan atıb. Bu yaxınlarda mənə belə bir böhtan atmışdılar ki, guya Rəqsanəni tutublar, həbsdəyəm. Şou-biznesə gəldiyim gündən böhtan və şərlə üz-üzəyəm. Əsəb keçirirəm. İnsana nə qədər şər atmaq olar axı? Biri zəng edib, deyir ay Rəqsanə belə oldu. Digəri deyir, elə oldu. Bu şərlər məni yandırır. Çünki, övladlarımı düşünürəm. Hazırda müalicələr alıram”.
Nadir Qafarzadə: “Mən heç nəyə əhəmiyyət vermirəm. Öz işimlə məşğul oluram. İşimlə sözümü demişəm”.
Cavanşir Məmmədov: “Biz sənət adamıyıq. Şər-böhtan hər zaman olub. Məsələn, 70-80-ci illərdə deyirdilər ki, filan müğənni qumarda qolunu uduzub. İndi də bu cür şayiələr boldur. Belə bir şayiə çıxmışdı ki, guya Cavanşir Məmmədov avtomobil qəzasına düşüb. Amma böhtandan başqa bir şey deyildi”.
Bəstəkar Pərviz Mahmudov: “O qədər olub? Deməli, əvvəllər görüşdüyüm qıza deyiblər ki, xəbərin var, Pərvizin pulunu balta kəsmir. Villası, maşınları, hər şeyi var. Amma gizlədir”.
Xanəndə Elnarə Abdullayeva: “Belə bir şayiə çıxmışdı ki, guya Elnarə el məclislərindən başqa, yas yerinə də gedib pul qazanır. Doğurdan da bu sözlər mənə çox pis təsir etmişdi”.
Hüseyn Dərya: “Haqqımda bir çox şayiələr olub. Amma ən çox böhtan mənim həbsə düşməyimlə bağlı idi”.