Şahmar Ələkbərovun xatirə gecəsi keçirilib
14 avqust 2014 20:36 (UTC +04:00)

Şahmar Ələkbərovun xatirə gecəsi keçirilib

Nizami Kino Mərkəzində görkəmli kinoaktyor və rejissor Şahmar Ələkbərovun xatirə gecəsi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Ş. Ələkbərovun dostları və yaxınları xatirələrini bölüşüb, aktyorun Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışıblar.

Rejissor Ayaz Salayev Ş. Ələkbərovu Azərbaycan kinosunun navatorlarından biri kimi dəyərləndirib: “Şahmar dünyadan vaxtsız getdi və yaşasaydı bizim təsəvvür edə bilməyəcəyimiz qədər gözəl rollar, filmlər yaradardı. Düşünürəm ki, onun yaradıcılığı hələ də öz qiymətini almayıb. O, istedadı çiçəklənən bir vaxtda dünyadan köçdü. Bəzən filmlərə baxıb deyirsən ki, bu rolu məhz Şahmar gözəl ifa edə bilərdi”.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib ki, Ş. Ələkbərov XX əsr Azərbaycan kinosunun ən görkəmli nümayəndələrindən biri olub: “O, həm gözəl şəxsiyyət, həm də sənətkar idi. Bu iki keyfiyyəti özündə birləşdirmək hər sənətkara nəsib olmur. Kinostudiya Şahmar Ələkbərov kimi sənətkarların xatirəsini həmişə əziz tutub. Çünki bu bizim mənəvi borcumuzdur”.

Xatirə gecəsində xalq artistləri Əminə Yusifqızı və Ramiz Məlik, əməkdar incəsənət xadimi Ənvər Əbluc, əməkdar artist Elxan Qasımov  Ş.Ələkbərov haqqında xatirələrini bölüşüblər.

 Mərasimdə Ş. Ələkbərovun yaradıcılığını əks etdirən fotosərgi və çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1173

Oxşar yazılar

Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34