Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək
13 avqust 2014 10:30 (UTC +04:00)

Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək

Avqustun 14-də saat 19:00-da Nizami Kino Mərkəzində görkəmli kinoaktyor və rejissor Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, gecədə xalq artisti Ş. Ələkbərov haqqında onun dostları və yaxınları xatirələrini bölüşəcək. Sənətkarın yaradıcılığını əks etdirən foto sərgi nümayiş olunacaq.

 

Qeyd edək ki, Şahmar Ələkbərov  1943-cü il, avqustun 23-də Gəncədə anadan olub. Atası əslən cəbrayıllı Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanımdır. Şahmarın 9 yaşı olanda ailə Gəncədən Bakıya köçüb. Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işləməyə başlayıb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərov onu kinostudiyanın nəzdində özünün yaratdığı "kino aktyorluğu" studiyasına dəvət edib. "Azərbaycan" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Ş. Ələkbərov teleradio sahəsində də fəal olub. Onun radioda ilk çıxışı "Ulduz" proqramının aparıcısı kimi olub. Bundan başqa onlarca televiziya tamaşasında yadda qalan obrazlar yaradıb. "Molla Nəsrəddin" radio verilişinin aparıcısı olub. Bir çox filmlərin dublyajında iştirak edib. Xalq artisti, dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci ilin sonunda vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991

Oxşar yazılar

Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34