
Prezident daha bir aktrisamıza ev hədiyyə etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aktrisa Vəfa Zeynalovaya ev hədiyyə verib.
Lent.az məlumat verir ki, bu barədə aktrisanın özü məlumat verib və prezidentə təşəkkür edib:
“Möhtərəm Cənab Prezident. Bu gün Azərbaycan silahlı qüvvələrin yaranmasından 101 il kecir. Bu bayram münasibəti ilə SİZ başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!
Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, SİZƏ dərin minnətdarlığımı bildirirəm.
Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qayğı bizə qürur, fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə SİZƏ, sənətə və sənətkarlara sahib çıxmağınıza görə bir daha sonsuz təşəkkürümü bildirirəm.
Allah Dövlətimizi, Xalqımızı və SİZİ qorusun!”.
Xatırladaq ki, dünən tanınmış aktrisa, əməkdar artist Sənubər İsgəndərli də ev almağı ilə bağlı olaraq dövlət başçısı İlham Əliyevə minnətdarlıq məktubu ünvanlamışdı.
Oxşar yazılar

Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15
Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilən VİDEOSU: pərəstişkarlarını şoka saldı
2 iyun 2025 , 19:59
Ən çox QAZANAN kino aktrisaları - SİYAHI
2 iyun 2025 , 17:01