Polşa-Azərbaycan “Dostluq” abidəsi açılacaq
19 aprel 2013 22:11 (UTC +04:00)

Polşa-Azərbaycan “Dostluq” abidəsi açılacaq

 

Aprelin 23-də Polşanın qədim paytaxtı Qniezno şəhərində Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540, bərpasının 20 illiyi ilə əlaqədar "Dostluq" abidəsinin açılışı və Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam konserti keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu münasibətlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti Polşaya səfər edəcək. Nümayəndə heyətinə abidənin müəllifləri - xalq rəssamı Salxab Məmmədov və əməkdar rəssam Əli İbadullayev, Əməkdar incəsənət xadimi, heykəltəraş Akif Əsgərov, incəsənət ustaları - Əməkdar artist Təyyar Bayramov (xanəndə), Arzu Əliyeva (xanəndə), Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança) və digər şəxslər daxildir.

 

Qeyd edək ki, "Dostluq" abidəsi üz-üzə dayanmış palıd yarpağı formasındadır. İç tərəfdən üzərində Azərbaycanın və Polşanın xəritəsi əks olunub. Bürünc materialda, parlaq rənglərdə verilmiş yarpağın çöl tərəfində  Heydər Əliyevin Polşa haqqında, digər tərəfdə isə Roma papası II İohann Pavelin Azərbaycan haqqında dediyi sözlər yazılıb. Abidənin hündürlüyü 3,5 m, eni 1,7 metrdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 617

Oxşar yazılar