Arxeoloqlar Peruda qədim məbəd aşkarlayıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onun azı 5 min il yaşı var.
Məbəd paytaxt Limanın yaxınlığında aşkar edilib. Bundan başqa bu tikilinin ətrafında onlar çeşidli bina da üzə çıxarıblar.
Alimlərin qənaətincə, «əl-Paraiso» adlı qədim şəhərdir. Onlar bunu Perunun ən böyük arxeoloji tapıntısı sayırlar.