
İnklüziv "ƏSA" Teatrı Lənkəran şəhərinə qastol səfəri edəcək
Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkənin ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı böyük tamaşaçı rəğbəti qazanan “Adamlar və siçanlar” tamaşasının nümayişini Lənkəran Dövlət Dram Teatrında həyata keçirəcək.
Bu barədə Lent.az-a taetrdan məlumat verilib. Bildirilib ki, Amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın nümayişi 21 iyul saat 18:00-da baş tutacaq.
İlk dəfə 19 dekabr 2017-cı ildə paytaxtda nümayiş olunan tamaşa çox sayda teatr tamaşaçılarının, dövlət rəsmilərinin, diplomatik korpus nümayəndələrinin, tanınmış sənət adamlarınin sevgisini qazanmışdır. Tamaşa paytaxtda dəfələrlə anşlaqla nümayiş olunmuşdur. Ötən il ƏSA Teatrı “Adamlar və siçanlar” tamaşası ilə Naxçıvan Muxtar Respublikasına ilk qastrol səfərini edib.
Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş produseri və səhnə tərtibatçısı Nicat Qulam, rejissoru Elşən Əsgərov, multimedia meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, qrim üzrə rəssamı Könül Şahbazovadır.
Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lalayev, Elsevər Rəhimov, Günay Məmmədova, Fərid Əliyev, Cəmilə Məmmədli, Bəhram Rəhimli və Orxan Əliyev canlandıracaq.
Oxşar yazılar

Bu musiqiçinin mahnıları ən çox sözlüdür: saniyədə 4.28 söz oxunur
25 fevral 2025 , 10:14
80 yaşında ata olan məşhur nə edir? - Qızı ilə birlikdə…
24 fevral 2025 , 11:34
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək
21 fevral 2025 , 13:13
Xalq artisti Arif Babayev təltif olundu
20 fevral 2025 , 22:46
Azərbaycan təmsilçisinin "Avroviziya"da ifa edəcəyi mahnı məlum oldu - VİDEO
19 fevral 2025 , 17:17
“Ev verdiyimiz yazıçıların bir qismi indi onları satır” - Anarla MÜSAHİBƏ
19 fevral 2025 , 15:35
Qadınlar niyə cinayət romanları oxumağı sevir? - Alimlər açıqladı
18 fevral 2025 , 18:19