II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında 405 film göstəriləcək
13 iyun 2014 18:37 (UTC +04:00)

II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında 405 film göstəriləcək

İyunun 25-dən 29-dək Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına (BBTFF) film qəbulu artıq yekunlaşıb. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, seçim komissiyasına ümumilikdə 58 ölkədən (Azərbaycan, ABŞ, Almaniya, Argentina, Avstriya, Banqladeş, Belçika, Böyük Britaniya, Çexiya, Çili, CAR, Avstraliya, Fransa, Hindistan, Xorvatiya, İspaniya, Kolumbiya, Meksika, Niderland, Portuqaliya, Rusiya, İtaliya, Türkiyə, Ukrayna, Uruqvay, Yunanıstan və s.) 405 film daxil olub.

 

Festivalın təşkilat komitəsi seçim apararaq, göndərilən filmlər arasından müsabiqə proqramını müəyyən edəcək. Müsabiqə üçün seçilən filmlər 6 kateqoriya üzrə yarışacaqlar. Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq.


Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar. II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 50-yə yaxın qonağın dəvət olunması nəzərdə tutulur. Bu il qonaqlar arasında “Oskar” mükafatlı kinematoqrafçılar da olacaq. BBTFF çərçivəsində müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında fikir və təcrübə mübadilələri də həyata keçiriləcək.


Qeyd edək ki, Bakı Beynəlxalq Turizm Filmləri Festivalı mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalın informasiya dəstəkçilərindən biri APA İnformasiya Agentliyidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655

Oxşar yazılar