Fevralın 27-də Azərbaycan Bəstəkarlar İttifaqının “Musiqişünaslıq” bölməsinin iclası keçirilib. İttifaqın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bəstəkarlarla İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarovanın iştirakı ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə edilib. Bildirilib ki, il ərzində İttifaqın təqdimatı ilə bir çox görkəmli bəstəkarlar haqqında monoqrafiyaların çap edilməsi planlaşdırılır: “Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə Mədəniyyət və Turizm Nazirliyi qarşısında görkəmli bəstəkarlarımız Qara Qarayev, Cövdət Hacıyev, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Vasif Adıgözəlov barədə monoqrafiyaların çap olunması ilə bağlı məsələ qaldırmışıq. Bu monoqrafiyaların əksəriyyəti demək olar ki, hazırdır və onların ilin sonunadək işıq üzü görməsini nəzərdə tutmuşuq. Bundan başqa bir çox tanınmış bəstəkarlar haqqında kiçik həcmli broşürlərin də çap olunmasını planlaşdırırıq. Bu silsilədən Emin Sabitoğlu, Əşrəf Abbasov, İsmayıl Hacıbəyov, Fərhəng Hüseynov, Məmməd Quliyev, Məmməd Saleh İsmayılov, o cümlədən Sevda İbrahimova, Oqtay Zülfüqarov, Dadaş Dadaşov, Oqtay Rəcəbov, Mobil Babayev, Azər Dadaşov, Rauf Əliyev, Tahir Əkbər, Sərdar Fərəcov , Faiq Nağıyev, Aydın Əzimov, Cəlal Abbasov, Azad Zahid, həmçinin tanınmış musiqişünaslar Zemfira Qafarova, Zemfira Səfərova, Gülnaz Abdullazadə, İmruz Əfəndiyeva, Aida Tağızadə, Səadət Abdullayeva barədə broşürlərin hazırlanması üçün bir çox musiqişünaslara tapşırıqlar verilib”.

Oxşar yazılar

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB
26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI
26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR
25 iyul 2025 , 20:15
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyorla MÜSAHİBƏ
25 iyul 2025 , 14:54
Leonardo da Vinçi müəmması: Kainatın sirrini “Vitruviyalı adam”ın ayaqları arasında gizlədib
22 iyul 2025 , 20:15
Şuşada Vaqif Poeziya günləri keçirilir
22 iyul 2025 , 18:37