Əbülfəs Qarayev gürcü həmkarı ilə görüşüb
18 iyun 2014 15:56 (UTC +04:00)

Əbülfəs Qarayev gürcü həmkarı ilə görüşüb

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət naziri Quram Odişariyanı qəbul edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.

 

 

Görüşün sonunda Q. Odişariya Ə. Qarayevə Azərbaycana səfərinin yüksək səviyyədə təşkil edilməsinə görə öz təşəkkür edib və iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə əmin olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar